Sabah bu rayonda qaz olmayacaq

12:42 - 9 Mart 2025

Sabah bu rayonda qaz olmayacaq

Martın 10-da Cəlilabad şəhərinin 11 küçəsinin qaz təchizatında fasilə yaranacaq.

 

Manset.az-ın məlumatına görə, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin podratçı tərəfindən yerinin dəyişdirilməsi ilə əlaqədar olacaq.

Şəhərin H.Əliyev prospektinin bir hissəsi, H.Məmmədov, M.Hüseynzadə, Ə.Cavad, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk, Füzuli, D.Qorqurd, A.Rəhimov və V.Mürsəlov küçələri olmaqla ümumilikdə 3 000 abonentin saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


Xəbər xətti

9 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin