ABŞ İraqa sanksiya tətbiq edə bilər

11:47 - 9 Mart 2025

ABŞ İraqa sanksiya tətbiq edə bilər

ABŞ İraqa İrandan elektrik enerjisi almağa icazəni nəzərdə tutan qərarı ləğv edir.

 

Manset.az xəbər verir ki , Dövlət Departamentindən bildirilib ki, Prezident Donalod Trampın maksimum təzyiq kampaniyası çərçivəsində Tehranın nüvə, raket proqramı və terrorçu qrupları maliyyələşdirməsinin qarşısını almaq üçün bu addım atılır.

İraq tezliklə İrandan elektrik enerjisi asılılığına son qoymağa çağırılıb.

ABŞ Milli Təhlükəsizlik Şurasından “Al Arabiya”-ya bildirilib ki, bu qərar ABŞ-ın milli təhlükəsizliyinə uyğun olaraq qəbul edilib. Eyni zamanda bu qərarla İraqın elektrik enerjisi ilə təchizatında ABŞ şirkətləri üçün yeni imkanların yaranacağı vurğulanıb.

Qeyd edək ki, İraq İrandan elektrik enerjisi almağa davam edərsə, ABŞ sanksiyaları ilə üzləşəcək.


Xəbər xətti

9 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin