Sürücülərin nəzərinə!
9 Mart 2025
10:11 - 9 Mart 2025
Azərbaycanın gənc boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala vəsiqə qazanıb.
Manset.az-ın məlumatına görə, o, finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.
Azərbaycanın digər boksçularından Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) isə turniri bürünc medalla başa vurublar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin