Sürücülərin nəzərinə!
9 Mart 2025
09:38 - 9 Mart 2025
Bu gün Azərbaycan Premyer Liqasının XXVI turunda daha iki oyun keçiriləcək.
Manset.az xəbər verir ki, ilk olaraq “Şamaxı” “Sabah”ı qəbul edəcək.
Matç saat 15:00-da start götürəcək.
Günün ikinci görüşündə isə “Zirə” “Səbail”i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq.
Azərbaycan Premyer Liqası
III dövrə, XXVI tur
9 mart
15:00. “Şamaxı” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
Şamaxı şəhər stadionu
17:30. “Zirə” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin