Sürücülərin nəzərinə!
10 Mart 2025
22:50 - 8 Mart 2025
Suriya İctimai Təhlükəsizlik Departamentinin bölmələri martın 6-dan bəri silahlı toqquşmaların baş verdiyi Latakiya və Tartus rayonları ilə həmsərhəd olan Hama vilayətinin cənub-qərbində yerləşən Vadi əl-Uyun şəhərində qüvvələrini yerləşdirir.
Manset.az xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi teleqram kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün bir neçə nəzarət-buraxılış məntəqəsi qurulacaq. Eyni zamanda, DİN Vadi əl-Uyundakı yüksəkvəzifəli şəxslərin axtarışda olanları və onların silahlarını təhvil verməyə razı olduqlarını bildirib.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin