İrəvanda mitinq keçirildi - Saxlanılanlar var

16:29 - 26 Noyabr 2021

İrəvanda mitinq keçirildi - Saxlanılanlar var

İrəvanda keçirilən etiraz aksiyasının 6 nəfər iştirakçısı polis tərəfindən saxlanılıb.

Manset.az  “Sputnik Armeniya”a istinadən xəbər verir ki, bu tədbir polisin qanuni tələblərini yerinə yetirməmələrinə görə görülüb.

Qeyd edək ki, "5165" hərəkatının üzvləri küçəyə çıxaraq mərkəz yollarından birini bağlamışdılar, polis də piket iştirakçılarını saxlamağa başlayıb. Noyabrın 22-dən bəzi ictimai təşkilatlar Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasına dair müzakirə olunan məsələləri ictimaiyyətə açıqlamaq tələbi ilə paytaxtda etiraz aksiyaları keçirirlər.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin