Bakı-Sumqayıt qatarlarının fəaliyyəti bərpa olundu - YENİLƏNİB

20:18 - 7 Mart 2025

Bakı-Sumqayıt qatarlarının fəaliyyəti bərpa olundu - YENİLƏNİB

Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarların normal rejimdə fəaliyyəti artıq bərpa olunub.

 

Bu barədə Manset.az-a "Azərbaycan Dəmir Yolları"ndan bildirilib.

***

19:20

 

Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlar gecikir.

 

Manset.az xəbər verir ki, Bakı-Sumqayıt istiqamətində hərəkət edən 18:25, 18:35, 18:50 sürət qatarlarının heç biri gəlməyib, insanlar stansiyada qalıb.

ADY-nin mətbuat xidmətindən cavab olaraq bildirilib ki, səbəb Bakı-Sumqayıt-Pirşağı qatarında yaranan texniki nasazlıqdır.

“Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.

Bir qatar dayananda pik saatlarında digər qatarların da hərəkətinə təsir edir", - məlumatda qeyd edilib.


Xəbər xətti

15 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin