Norveç Ukraynaya əlavə yardım edəcək

11:46 - 7 Mart 2025

Norveç Ukraynaya əlavə yardım edəcək

Norveç Ukraynaya dəstəyi 4,6 milyard dollar artırır.

 

Manset.az xəbər verir ki, Norveç hökuməti Ukraynaya dəstəyini artırmaq qərarına gəldiyini açıqlayıb .

Hökumətin internet saytından verilən açıqlamada Norveçin Ukraynaya 4,6 milyard dollar əlavə yardım edəcəyi qeyd olunub. Qərar Norveç parlamentində keçirilən səsvermədən sonra qəbul edilib.

Norveçin Ukraynaya yeni yardımı ölkənin ümumi dəstəyini iki dəfədən çox artıracaq. 2025-ci il üçün bu əlavə yardımla Norveçin Ukraynaya ümumi yardımı 7,8 milyard dollara çatacaq.


Xəbər xətti

9 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin