Alimlərdən xəbərdarlıq: Qiyamət ssenarisi dəyişir

14:01 - 26 Noyabr 2021

Alimlərdən xəbərdarlıq: Qiyamət ssenarisi dəyişir

Kembric Universitetinin alimləri araşdırma apararaq belə nəticəyə gəliblər ki, Şimal Buzlu Okeanında suyun temperaturunun yüksəlməsi gözləniləndən bir neçə onilliklər daha tez başlayıb.

Manset.az xəbər verir ki, elmi işin nəticələri “Science Advances” jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, 1900-cü ildən bəri okeanın temperaturu təxminən iki dərəcə yüksəlib, dəniz buzlarında ciddi ərimə və duzluluğun artması müşahidə olunub.

Alimlər xəbərdarlıq ediblər ki, Arktikada buzlaqların əriməsilə atmosferə karbondan daha təhlükəli olan çoxlu miqdarda metan qazı buraxılır ki, bu da öz növbəsində istiləşməni daha da sürətləndirir. Mövcud proses isə dünyanın sonu ssenarisini dəyişir, onu daha da tezləşdirir.///oxu.az


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin