Bakının əsas prospektində hərəkət məhdudlaşdırılacaq

10:41 - 7 Mart 2025

Bakının əsas  prospektində hərəkət məhdudlaşdırılacaq

Martın 8-i, saat 09:00-dan martın 9-u saat 23:00-a qədər Bakının Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq  təmir işləri ilə əlaqədar olaraq, prospektin əsas yolunda, hər iki istiqamətdə)nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

 

Manset.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. 

"Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib. 


Xəbər xətti

9 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin