Bu rayonlarda güclü külək əsir

10:26 - 7 Mart 2025

Bu rayonlarda güclü külək əsir

Martın 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Martın 6-da bəzi yerlərdə qərb küləyi əsib, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Mingəçevirdə 20 m/s, Qobustan, Naftalan və Gəncədə 18 m/s, Göyçayda 17 m/s, Şəkidə 15 m/s-yə çatıb.


Xəbər xətti

9 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin