Suriyanın bu şəhərlərində komendant saatı tətbiq edildi

08:55 - 7 Mart 2025

Suriyanın bu şəhərlərində komendant saatı tətbiq edildi

Suriyada yeni hökumətin təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar fonunda üç şəhərdə komendant saatı tətbiq edilib. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tartus, Homs və Latakiyada məhdudiyyətlər elan edilib.

Tartusda komendant saatı 6 mart saat 10:00-dan, 7 mart səhər saat 10:00-a qədər qüvvədədir.

Bildirilib ki, bu ərəfədə silahlılarla toqquşmalar nəticəsində Suriya dövlət təhlükəsizlik xidmətinin azı 13 əməkdaşı həlak olub. Onlar Cəblə və Latakiya kəndlərində bir neçə hücum həyata keçiriblər.


Xəbər xətti

9 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin