Bəzi yollarda hərəkət sürəti aşağı düşdü
9 Mart 2025
08:27 - 7 Mart 2025
Donald Tramp bir sıra ölkələrin vətəndaşlarının ABŞ-yə girişini qadağan etməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Tramp administrasiyası ölkələrin qırmızı siyahısını tərtib etmək üzərində işləyir. Buraya çox güman ki, Trampın ilk dövründə vətəndaşlarının ABŞ-yə girişi qadağan edilmiş ölkələr də daxil olacaq. Onların arasında “The New York Times” Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudanın adını çəkir. Bundan başqa, vətəndaşlarının ABŞ-yə girişi qəti qadağan olunacaq ölkələrin siyahısına Əfqanıstanla da əlavə oluna bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin