ABŞ bəzi ölkələrin vətəndaşlarının ölkəyə girişini qadağan edəcək

08:27 - 7 Mart 2025

ABŞ bəzi ölkələrin vətəndaşlarının ölkəyə girişini qadağan edəcək

Donald Tramp bir sıra ölkələrin vətəndaşlarının ABŞ-yə girişini qadağan etməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Tramp administrasiyası ölkələrin qırmızı siyahısını tərtib etmək üzərində işləyir. Buraya çox güman ki, Trampın ilk dövründə vətəndaşlarının ABŞ-yə girişi qadağan edilmiş ölkələr də daxil olacaq. Onların arasında “The New York Times” Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudanın adını çəkir. Bundan başqa, vətəndaşlarının ABŞ-yə girişi qəti qadağan olunacaq ölkələrin siyahısına Əfqanıstanla da əlavə oluna bilər.


Xəbər xətti

9 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin