Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir

23:35 - 6 Mart 2025

Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir

Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir.

 

Manset.az RBK-Ukraina-ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rustem Umerov Berlində almaniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukrayna kəşfiyyat məlumatlarına çıxışın necə məhdudlaşdırılacağı ilə bağlı ABŞ-dən hələ heç bir məlumat almayıb. “Bununla belə, artıq alternativ mənbələr üzərində iş gedir”, - Umerov söyləyib.

“Kəşfiyyat məlumatlarının paylaşılmasının necə məhdudlaşdırılacağı ilə bağlı hələ məlumat almamışıq. Amma biz artıq alternativlər üzərində işləyirik və ehtiyac yaransa, Almaniyadan da daxil olmaqla, bu məlumatları alacağıq”, - o deyib.

Qeyd edək ki, martın 5-də KİV-də Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması barədə məlumat yayılmışdı.


Xəbər xətti

7 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin