Azərbaycanda qəzada sürücü və azyaşlı oğlu öldü - Ailə üzvləri xəsarət aldı

11:09 - 28 İyun 2021

Azərbaycanda qəzada sürücü və azyaşlı oğlu öldü - Ailə üzvləri xəsarət aldı

Bakı-Qazax yolunda gecə saatlarında baş verən yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

Manset.az xəbər verir ki, hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan 2019-cu il təvəllüdlü İlyas Elçin oğlu Cəlilov Ucar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

02:04

Ucarda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Manset.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə sürücü E.Cəlilov ölüb. Qəza zamanı habelə onun 2 yaşlı oğlu İlyas Elçin oğlu Cəlilov, həyat yoldaşı, 31 yaşlı Aysel Balay qızı Cəlilova və 45 yaşlı Zaur Balay oğlu Xəlilov çoxsaylı xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin