Mehriban Əliyeva Gəncə şəhərinə səfər etdi - Fotolar
6 Mart 2025
19:45 - 6 Mart 2025
İnnovasiya və sürət lideri “Bakcell” jurnalist xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.
Görüşdə “Bakcell”in Korporativ Kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın yayılmasını təşviq edən bütün xanımları təbrik edərək bildirib: "Qadınların cəmiyyətdəki rolu və uğurları bizi ilhamlandırır. “Bakcell” olaraq biz qadınların peşəkar və şəxsi inkişafına dəstək verməyi prioritet hesab edirik. Onların potensialını reallaşdırması, yeni imkanlar qazanması və öz bacarıqlarını daha da inkişaf etdirməsi üçün daim yanlarında olmağa hazırıq".
Həmçinin, tədbirdə xanımlar üçün floristika üzrə master klass keçirilib. Onlar güllərlə kompozisiya qurmağın incəliklərini öyrənib, öz unikal buketlərini hazırlayaraq kreativ yanaşmalarını nümayiş etdiriblər.
Qeyd edək ki, “Bakcell” yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin