Putin Tokayevə zəng etdi

18:00 - 6 Mart 2025

Putin Tokayevə zəng etdi

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, liderlər ticarət-iqtisadi və enerji əməkdaşlığı sahələrində layihələri müzakirə ediblər.

“İkitərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı bəzi cari məsələlər, o cümlədən Rusiya Federasiyası Prezidentinin 2024-cü ilin noyabrında Qazaxıstana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq ticarət-iqtisadi və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi müzakirə edilib”.

Qeyd edək ki, Vladimir Putin 2024-cü ilin noyabrında Astanaya səfər edib.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin