Britaniya Suriya Mərkəzi Bankı və neft şirkətlərinə qarşı sanksiyaları ləğv etdi

16:57 - 6 Mart 2025

Britaniya Suriya Mərkəzi Bankı və neft şirkətlərinə qarşı sanksiyaları ləğv etdi

Britaniya hökuməti Suriyanın bir sıra banklarına, o cümlədən ölkənin mərkəzi bankına, eləcə də neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib.

 

Manset.az xəbər verir ki, müvafiq sənəd Böyük Britaniya Xəzinədarlığının saytında yerləşdirilib.

Qara siyahıdan çıxarılan neft şirkətləri  "Al Furat", "Deir Ez-Zur", "Dula", "Ebla", "General Petroleum Corporation", "Mahrukat", "Overseas Petroleum Trading", "Syria Trading Oil Company (Sytrol)", "Suriya Neft Nəqliyyatı Şirkəti", həmçinin "The Homs" Emalı Şirkəti və "The Baniyas" Emalı Şirkətidir.

Suriya Ərəb Hava Yollarına, Sənaye Bankı və Suriya Kommersiya Bankı da daxil olmaqla 8 banka qarşı sanksiyalar ləğv edilib.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin