Azərbaycan və Gürcüstan XİN rəhbərləri telefonla danışdı

16:27 - 6 Mart 2025

Azərbaycan və Gürcüstan XİN rəhbərləri telefonla danışdı

Xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.


XİN-dən Manset.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. 

Ölkələr arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin