Qəzzada ölənlərin sayı 48 446 nəfərə çatdı

16:16 - 6 Mart 2025

Qəzzada ölənlərin sayı 48 446 nəfərə çatdı

İsrailin 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarından sonra atəşkəsin əldə edildiyi Qəzza zolağında həyatını itirənlərin sayı 48 min 446-ya yüksəlib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. 

Açıqlamada bildirilib ki, son 24 saatda dağıntılar altından çıxarılan 6 nəfərin cəsədi xəstəxanalara çatdırılıb, 7 nəfər isə yaralanıb.

İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən 19 yanvar atəşkəs rejiminə qədər davam edən hücumlarında həyatını itirən fələstinlilərin sayının 48 min 446-ya, yaralı sayının isə 111 min 852-yə yüksəldiyi bildirilib.

HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.

Qəzza Səhiyyə Nazirliyi atəşkəs razılaşmasından sonra İsrailin Qəzza zolağına birbaşa hücumları nəticəsində 116 fələstinlinin öldüyünü, 490 nəfərin isə yaralandığını açıqlayıb.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin