Dəmiryolu məntəqəsindən oğurluq etmək istəyən dəstə üzvləri saxlanıldı

12:44 - 26 Noyabr 2021

Dəmiryolu məntəqəsindən oğurluq etmək istəyən dəstə üzvləri saxlanıldı

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 23-də Biləcəri dəmir yolu çeşidləmə məntəqəsinin ərazisindən 1,1 ton metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini T.Şıxıyev və Sumqayıt şəhər sakini Ş.Sadıqov saxlanılıblar.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Davam etdirilən tədbirlərlə qrupun digər üzvləri - oranın işçiləri, Bakı şəhər sakini C.Xudiyev, Mingəçevir şəhər sakini İ.Səfərov və Zəngilan rayon sakini O.Ağayev də müəyyən edilərək saxlanılıblar.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin