İlham Əliyev SƏRƏNCAM imzaladı
6 Mart 2025
15:15 - 6 Mart 2025
Real Madrid 123 yaşını qeyd edir.
Manset.az-ın məlumatına görə, Real Madrid əfsanəsi 6 mart 1902-ci ildə ilk idarə heyətinin seçilməsi ilə başladı.
Keçən il uğur siyahısına 5 çempionluq əlavə edən Real Madrid, Santiaqo Bernabeunun prezident olduğu dövrdə Di Stefano, Gento, Puskas, Kopa və Santamariadan ibarət əfsanəvi heyəti ilə 1956-1960-cı illər arasında ardıcıl 5 dəfə Avropa Çempion Klublar Kubokunu qazandı.
Real Madrid həm də gəliri 1 milyard avronu keçən ilk futbol klubu olma ünvanına sahibdir.
Sosial mediada 600 milyon izləyiciyə çatan ilk idman təşkilatı olan İspaniya nəhəngi, 27 il əvvəl qurduğu Real Madrid Fondu ilə də yüzdən çox ölkədə 1000-dən çox layihə həyata keçirib.
O vaxtdan bəri 123 il ərzində 26 avrokubok (onlardan 11-i basketbol) qazanaraq dünya idmanında etalon olub və FİFA tərəfindən 20-ci əsrin ən yaxşı klubu seçilib.
Real Madridin futbolda qazandığı kuboklar:
15 Çempionlar Liqası
9 Klublararası Dünya Çempionatı
6 Avropa Super Kuboku
2 UEFA Kuboku
36 La Liqa çempionluğu
20 Kral Kuboku
13 İspaniya Super Kuboku
1 Liqa Kuboku
2 Latın Kuboku
2 Gənclər arasında Dünya Kuboku
1 İbero-Amerika Kuboku
Real Madridin basketbol kubokları:
11 avrokubok
37 Liqa titulları
29 Copa Del Rey
10 İspaniya Super Kuboku
5 Qitələrarası Kuboklar
4 Avropa Kubok Qalibləri Kuboku
1 Korac Kuboku
1 ULEB Kuboku
1 Latın Kuboku
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin