Pərvanə Vəliyeva ilkin səhiyyə xidməti müəssisələrində - FOTOLAR

14:19 - 6 Mart 2025

Pərvanə Vəliyeva ilkin səhiyyə xidməti müəssisələrində - FOTOLAR

Milli Məclisin deputatı Pərvanə Vəliyeva təmsil etdiyi 35 saylı Xətai seçki dairəsində fəaliyyət göstərən bir neçə ilkin səhiyyə xidməti müəssisəsini ziyarət edib.


Manset.az xəbər verir ki, səfər çərçivəsində 28 nömrəli Şəhər Poliklinikasına və 2 nömrəli Uşaq Poliklinikasına baş çəkilib.

Səfərin əsas məqsədi səhiyyə müəssisələrinin mövcud vəziyyəti ilə tanışlıq olub. Səfər çərçivəsində ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması üçün atılacaq addımlar müzakirə edilib.

Səhiyyə müəssisələrinin infrastrukturu, maddi-texniki bazası, kadr potensialı, tibb işçilərinin iş şəraiti və göstərilən xidmətlərin keyfiyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlı, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, 2025-ci il yanvarın 30-da Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmələr keçirilmişdi.



Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin