Zelenski bu gün Aİ sammitində iştirak edəcək

14:16 - 6 Mart 2025

Zelenski bu gün Aİ sammitində iştirak edəcək

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Brüsseldə keçirilməsi planlaşdırılan fövqəladə Aİ sammitində iştirak edəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski şəxsən Aİ-nin fövqəladə sammitində iştirak edəcək. Burada liderlər Ukraynaya davamlı dəstəyi və Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsini müzakirə edəcəklər. 

Sammitə hazırlıqla məşğul olan “Evropeiskaya Pravda”nın anonim rəsmisi qeyd edib ki, Zelenskinin dəvəti Antonio Kosta tərəfindən göndərilib.

“Biz prezident Zelenskinin sammitdə şəxsən iştirak edəcəyini təsdiqləmişik”.

Onun sözlərinə görə, Ukrayna prezidenti nahar zamanı Avropa İttifaqına üzv ölkələrin liderləri ilə şəxsən görüşəcək.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin