3 mərtəbəli bina uçdu - Ölən və yaralananlar var

13:19 - 6 Mart 2025

3 mərtəbəli bina uçdu - Ölən və yaralananlar var

Nigeriyanın Laqos şəhərində üç mərtəbəli binanın uçması nəticəsində iki nəfər ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 

Polis rəsmiləri hadisə nəticəsində 2 nəfərin öldüyünü, 14 nəfərin isə xilas edildiyini bildirib.

Binanın çökməsinin səbəbinin hələlik məlum olmadığı vurğulanıb.

Axtarış-xilasetmə işlərinin davam etdiyİ və dağıntılar altından çıxarılan yaralıların müalicə üçün xəstəxanaya göndərildiyi qeyd edilib.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin