Turizm Agentliyində daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
6 Mart 2025
11:30 - 6 Mart 2025
"Azərbaycan Prezidentinin Türkiyəyə səfəri və İğdır-Naxçıvan qaz kəmərinin açılışı mühüm tarixi hadisədir. Çünki, Azərbaycanın Naxçıvanla quru əlaqəsi yoxdur və tarixən Naxçıvanın blokadaya alınmasının şahidi olmuşuq. Bu səbəbdən, bu strateji boşluğu doldurmaq məqsədilə Naxçıvana Türkiyə vasitəsilə qaz kəməri çəkilir. Naxçıvanın qorunması və orada əhalinin rifahının yaxşılaşdırılması üçün bu qaz kəmərinin çəkilməsi vacibdir. Eyni zamanda, gələcəkdə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikilməsi məsələsi də gündəmdədir və bunun reallaşması Azərbaycanın hədəflərindən biridir".
Bu sözləri Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu Azərbaycan Prezidentinin Türkiyəyə səfərini şərh edərkən deyib:
Deputat qeyd edib ki, Naxçıvanın təqribən 100 il əvvəl, Azərbaycan xalqının iradəsindən kənar olaraq, Zəngəzur bölgəsinin iki yerə parçalanıb Qərb hissəsinin Ermənistana verilməsi qeyri-legitim bir qərar idi:
"Bu, Sovet bolşeviklər partiyasının qərarı ilə həyata keçirildi. Heç bir halda, başqa bir ölkənin siyasi qurumunun qərarı ilə başqa bir ölkənin ərazisi ikinci bir ölkəyə verilə bilməz. Bu, qeyri-legitimdir. Azərbaycan Prezidenti də məhz bu məsələyə toxunaraq, İğdır-Naxçıvan dəmir yolunun açılışında Zəngəzur dəhlizinin ermənilərə qeyri-qanuni verilməsindən danışdı. Bu həm beynəlxalq hüquqa, həm də o dövrün yaradılmaqda olan SSRİ Konstitusiyasına zidd idi. Bu gün də, həm hüquqa, həm ədalətə, həm də BMT Nizamnaməsinə ziddir".
Hikmət Babaoğlu vurğulayıb ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın bütün kommunikasiya xətlərinin birbaşa Naxçıvana keçməsi bu gün də aktualdır və tarixi bir zərurətdir:
"Bu təkcə Azərbaycanın maraqları deyil, həm də bütövlükdə Türk dünyasının maraqlarıdır, çünki coğrafi baxımdan Türk dünyasının ərazisinin quru yolu ilə birbaşa əlaqələndirilməsi vacibdir. Ona görə də, Azərbaycanın Zəngəzur dəhlizinin xatırlanması və onun Ermənistana qeyri-qanuni verilməsinin qeyd edilməsi, Zəngəzur dəhlizindən maneəsiz keçişin təmin olunması ilə bağlı yeni hüquqi əsasların yaradılmasına təkan verə bilər".
Seyranə Quliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin