İlham Əliyev SƏRƏNCAM imzaladı
6 Mart 2025
10:52 - 6 Mart 2025
"Türkiyə-Azərbaycan münasibətlərinin kökləri uzun illərə dayanır. Son dövlərə nəzər salsaq görərik ki, bu münasibətlər təkcə tarixi deyil, siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələri əhatə edir. Son dövrlər Türkiyənin Azərbaycanla artan dərin strateji, sıx əməkdaşlığı regionun bir çox ölkəlıri tərəfindən xoş qarşılanmasa da, tərəflərin liderlər səviyyəsində ortaya qoyduqları iradə bu əlaqələrin daha da inkişafından xəbər verir və əlaqələrin gələcəyinə böyük ümidlər yaradır".
Manset.az xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O bildirib ki, iqtisadi sahədə Azərbaycanla Türkiyənin birgə əməkdaşlığı, xüsusən enerji sektorunda artan əlaqələr bu dövlətlərin gələcək strateji planlarının əsas tərkib hissəsi kimi qəbul edilə bilər:
"Həmçinin Türkiyə və Azərbaycan arasında siyasi münasinətlərin dərinləşməsi onların təhlükəsizliyinin təmin olunmasına da böyük töhfə verir. Qarşılıqlı səfərlər bu iki ölkənin istər ikili münasibətlərdə, istər regional və qlobal münasibətlərdə birgə addımladığını və qarşılıqlı kommunikasiya əsasında hərəkət etdiyini göstərir.
Son dövrlər beynəlxalq miqyasda artan təzyiqlər və təhdidlər fonunda Azərbaycan-Türkiyə əlaqələrinin belə sürətli inkişafını görmək hər iki tərəf üçün müsbət haldır. Bundan sonra da əlaqələrin inkişafı üçün yüksək potensial var və biz bundan maksimum dərəcədə istifadə etmək imkanına malikik".
"Xüsusən İkinci Qarabağ savaşı və ondan sonrakı mərhələdə Türkiyənin Azərbaycana verdiyi dəstək danılmaz həqiqətdir. Eyni zamanda Azərbaycanın iki il öncə Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi fəaliyyətin, yardımın hər biri iki ölkə arasındakı dostluğa dəlalət edir"- deyə politoloq bildirib.
Seyranə Quliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin