"ABŞ və Həmas girovların azad edilməsini müzakirə edir"- KİV

09:05 - 06 Mart 2025

\"ABŞ və Həmas girovların azad edilməsini müzakirə edir\"- KİV

ABŞ və Fələstin HƏMAS hərəkatının nümayəndələri Qəzza zolağında saxlanılan girovların azad edilməsi məsələsini müzakirə etmək üçün görüş keçirib.

 

Manset.az xəbər verir ki, bunu Livanın "Əl Mayadeen" telekanalına Fələstin hərəkatının adı açıqlanmayan yüksək səviyyəli nümayəndəsi təsdiqləyib.

Onun sözlərinə görə, görüş Amerika tərəfinin xahişi ilə baş tutub. Fələstin nümayəndəsi bildirib ki, ABŞ nümayəndəsi yalnız əsir mübadiləsindən danışıb, atəşkəs və müharibənin başa çatması ilə bağlı məsələlərə toxunmayıb.

"Amerika tərəfi məhbusların mübadiləsi ilə bağlı konkret düstur təqdim etməyib, HƏMAS-ın nöqteyi-nəzərini dinləyib. Amerika nümayəndəsi görüşdən müsbət təəssüratla ayrılıb və HƏMAS ilə danışıqların mümkünlüyünü bəyan edib".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv