"Türkiyə-Azərbaycan münasibətlərinin kökləri uzun illərə dayanır"
6 Mart 2025
01:00 - 6 Mart 2025
Belçika Ukraynaya ordu göndərə bilər.
Manset.az xəbər verir ki, bu barədə Belçika baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevot açıqlama verib. O, bildirib ki, ölkəsi Ukraynada atəşkəs əldə olunacağı təqdirdə sülhməramlı missiyaya qoşun göndərilməsini istisna etmir. Bunun üçün bəzi şərtlər irəli sürən Prevotun sözlərinə görə, ilk növbədə ukraynalıların mənafeyinə hörmət edən, eyni zamanda Avropanın da maraqlarını nəzərə alan bir sülh müqaviləsi imzalanmalıdır. Maksim Prevot bəyan edib ki, müttəfiqlər Ukraynaya zərər verəcək razılaşmaya razılıq verməməlidir.
Maksim Prevot, “Bu daimi və məqbul sülhün bərqərar olması üçün şərtdir. Bunlar yerinə yetirildikdə, Belçika sülh missiyasında iştirak edə bilər" - deyə bildirib.
Qeyd edək ki, atəşkəs əldə olunandan sonra Ukraynaya sülhməramlı missiya göndərmək təklifini Böyük Britaniya və Fransa irəli sürüb.İtaliya Ukraynaya qoşun göndərmək təklifini rədd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin