Turizm Agentliyində daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
6 Mart 2025
00:25 - 6 Mart 2025
ABŞ nümayəndələri Qəzza zolağında münaqişəyə son qoymaq və girovları azad etmək üçün HƏMAS hərəkatı ilə gizli danışıqlar aparır.
Manset.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
“Tramp administrasiyası Qəzza zolağında saxlanılan amerikalı girovların azad edilməsi və müharibəni dayandırmaq üçün daha geniş razılaşmanın mümkünlüyü barədə HƏMAS ilə birbaşa danışıqlar aparır”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, keçmiş administrasiyalar İsrail tərəfinin iştirakı olmadan HƏMAS-la birbaşa dialoq aparmağa cəhd etməyiblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin