Prezidentlər iftar süfrəsində
6 Mart 2025
22:55 - 5 Mart 2025
Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Shof ilə telefon danışığı keçirib və liderlər Ukraynaya yeni yardım imkanlarını müzakirə ediblər.
Manset.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Shof “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Londondakı sammitdən sonra Zelenski ilə Ukraynada baş verənlərlə bağlı danışmaq onun vacib idi.
“Digər məsələlərlə yanaşı, Niderlandın qismən Ukraynanın müdafiə sənayesinə yönəlmiş pilotsuz uçuş aparatları sahəsinə 700 milyon avro investisiya paketindən danışdıq”, - Baş nazir vurğulayıb.
O bildirib ki, Niderland Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləyir və buna görə də Amsterdam bu ölkəyə siyasi, hərbi, maliyyə və mənəvi yardımlarını davam etdirəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin