Azərbaycanın sabiq millət vəkili vəfat etdi - FOTO
23 Noyabr 2024
11:05 - 28 İyun 2021
Dünya bazarlarında neftin qiyməti ötənhəftəki güclü artımdan sonra korreksiyaya uğrayaraq bazar ertəsi səhər saatlarında azacıq aşağı düşüb.
Manset.az “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının sentyabr fyuçerslərinin qiyməti 0,15 % azalaraq bir barel üçün 75,27 ABŞ dollarına, avqust fyuçersləri isə 0,12 % azalaraq 76,09 dollar/barelə düşüb.
WTI markalı neftin avqust fyuçersləri 0,01 % azalaraq bir barel üçün 74,04 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən həftənin sonunda neftin qiyməti “Brent” markasında 3,4 %, WTI-da isə 3,6 % artım həyata keçirmişdi. Bu güclü artım neftə olan tələbatın yenidən yüksəlməsindən qaynaqlanırdı.
Artıq treyderlərin diqqəti iyulun 1-də keçiriləcək OPEC+ iclasına yönəlib. Daha əvvəl KİV-də alyansın hasilatı artıra biləcəyi yazılmışdı, analitiklər isə artımın böyük olmayacağını düşünür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin