"Bütün kommunikasiya xətlərinin birbaşa Naxçıvana keçməsi tarixi bir zərurətdir" - AÇIQLAMA
6 Mart 2025
20:55 - 5 Mart 2025
Almaniya Ukraynaya Bundesver (Almaniya Silahlı Qüvvələri) anbarlarından silah vermək imkanının son həddinə çatıb.
Manset.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Berlində keçirdiyi brifinqdə bildirib.
“Bilirsiniz ki, Bundesverin anbarlarından Ukraynaya artıq silah-sursat çatdırılıb. Lakin artıq təbii həddə çatılıb, çünki biz mövcud yeni şəraitdə Avropanın özünün müdafiə qabiliyyətinin gücləndirilməsindən və onların faydalı mövqelərini təmin etmək üçün digər ölkələrlə əməkdaşlıqdan danışırıq”, - nazirlik nümayəndəsi deyib.
Onun sözlərinə görə, Almaniyanın öz müdafiə qabiliyyətini gücləndirməsi prosesi Ukraynaya dəstək verməklə paralel gedir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin