Prezidentlər iftar süfrəsində
6 Mart 2025
19:40 - 5 Mart 2025
“Özbəkistan Hava Yolları”nın Daşkənd reysi texniki səbəblərə görə ləğv edilib və sərnişinlər Rusiyada qalıb.
Manset.az xəbər verir ki, bu haqda aviaşirkətin teleqram kanalında məlumat verilib.
“Martın 5-də “Boeing 767-300” təyyarəsi Moskvanın Vnukovo hava limanından Daşkəndə uçmalı idi, lakin uçuş texniki səbəblərə görə ləğv edildi”, - məlumatda qeyd olunub.
Aviaşirkət martın 5-i və 6-da reys iştirakçılarını alternativ reyslərlə təyinat yerinə daşıyacağını vəd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin