Prezidentlər iftar süfrəsində
6 Mart 2025
20:00 - 5 Mart 2025
Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps Tramp administrasiyasının Ukraynaya hərbi yardımı dayandırmaq qərarını faciəvi adlandırıb və bunun qlobal mənfi nəticələrə səbəb ola biləcəyini deyib.
Manset.az xəbər verir ki, Şapps bu barədə X hesabında paylaşım edib.
"Azadlar evi" adlanan Amerika Birləşmiş Ştatlarının diktator Putinlə eyni tərəfdə olması faciəvidir. Bu, ABŞ-ın dünyadakı mövqelərini zəiflədir, Ukraynanın suverenliyini sarsıdır və dünyadakı digər aqressorlara cəsarət verir", - Şapps bildirib.
O, Rusiyanın qalib kimi çıxacağı hər hansı "sülh" ssenarisinin təhlükəli olduğunu qeyd edib və Ukraynanın müəyyən ərazilərini itirmək məcburiyyətində qalacağı halda bu prosesin NATO-ya sürətli üzvlüklə kompensasiya edilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Qrant Şapps 2023-2024-cü illərdə Britaniyada Rişi Sunak hökumətində müdafiə naziri vəzifəsini icra edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin