Prezidentlər iftar süfrəsində
6 Mart 2025
17:42 - 5 Mart 2025
"Həsən Kürün vəziyyəti stabilləşib. Həsən Zeynallının (Kür) vəziyyəti stabilləşib, artıq süni tənəffüs apartından da ayırmışıq".
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.
Əməliyyata ehtiyac yoxdur, lakin səhhəti izlənilir
“Ötən həftə xəstə kompüter tomoqrafiyasından (KT) keçirilib. KT-nin nəticəsindən belə qərara gəldik ki, əməliyyata ehtiyac yoxdur. Lakin səhhətini sıx təqib etmək lazımdır. Xəstənin başından qan sovrulmayıb. Ona görə də hələ ki, travmatoloqun müdaxiləsi mümkün deyil. Müalicəsi davam etdirilir”, - deyə həkim bildirib.
Hərəkət məhdudiyyəti yoxdur
Leyla Mərcan bildirib ki, Həsən Kürün heç bir hərəkəti məhdudlaşmayıb, əl-qol, ayaq refleksləri normaldır, nitqi də yerindədir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin