Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək

17:30 - 5 Mart 2025

Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Suraxanı rayonunda vətəndaşları qəbul edəcək.


Bu barədə Manset.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki,  Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Suraxanı rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Suraxanı rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin