İsrail qüvvələri mülki avtomobilə hücum etdi

16:15 - 5 Mart 2025

İsrail qüvvələri mülki avtomobilə hücum etdi

İsrailin pilotsuz təyyarəsi Livanın cənubundakı Ras əl-Naqoura bölgəsində mülki avtomobilə zərbə endirib.

 

Manset.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb .

Onun sözlərinə görə, yerli sakinlər və Livan ordusunun əsgərləri maşına yaxınlaşıb içəridəki insanlara kömək etməyə cəhd ediblər, lakin hadisə yerinə daha iki pilotsuz təyyarə zərbəsi endirilib.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Zərərçəkənlərin dəqiq sayı göstərilmir.

Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatı elan edib.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin