"Legiya" azarkeşləri Avropa Liqası matçında polisə hücum ediblər

10:17 - 26 Noyabr 2021

Polşanın "Legiya" klubunun azarkeşləri İngiltərədə "Lester"ə 1:3 hesabı ilə uduzduqları oyunda iğtişaşlar törədib.

Manset.az-ın məlumatına görə, qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları "Lester" tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar.

Bundan əlavə, azarkeşlər onları sakitləşdirməyə çalışan polis əməkdaşlarına da hücum edib.

Qeyd edək ki, "Legiya"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. 24 yaşlı hücumçu həmin qarşılaşmada penaltidən yararlana bilməyib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin