Bu ölkə Ukraynaya qoşun göndərməyə razıdır

15:17 - 5 Mart 2025

Bu ölkə Ukraynaya qoşun göndərməyə razıdır

Belçika baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevot bildirib ki, ölkəsi atəşkəs əldə olunarsa, Ukraynaya sülhməramlı qoşun göndərmək imkanını istisna etmir.

 

Manset.az xəbər verir ki, Belçikanın fransızdilli RTL televiziyasına danışan Prevot bildirib ki, yeni hökumət bu yaydan etibarən müdafiə büdcəsini ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırmağı planlaşdırır.

Ukraynada atəşkəs olacağı təqdirdə Belçikanın sülhməramlı missiyaya əsgər göndərməsinin münkün olduğunu bildirən Prevot, "Biz bu perspektivi istisna etmirik"- deyə bildirib.

Digər tərəfdən, bunun baş verməsi üçün bəzi şərtlər irəli sürən Prevot qeyd edib:

"İlk növbədə ukraynalıların mənafeyinə hörmət edən, eyni zamanda Avropanın da maraqlarını nəzərə alan bir sülh müqaviləsi imzalanmalıdır".


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin