Prezidentlər iftar süfrəsində
6 Mart 2025
14:39 - 5 Mart 2025
Martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursat partlayıb.
Manset.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Sadıqov Əli Ələhbər oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin