ABŞ-də fırtına nəticəsində 2 nəfər öldü

14:12 - 5 Mart 2025

ABŞ-də fırtına nəticəsində 2 nəfər öldü

ABŞ-nin cənub bölgəsində güclü fırtına baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, fırtına nətəcəsində 2 nəfər dünyasını dəyişib.

Yerli media bir nəfərin elektrik xəttinin aşması, digərinin isə ağacın avtomobilinin üzərinə düşməsi nəticəsində öldüyünü bildirib. Oklahoma ştatında beş, Luiziana ştatının Caddo Parish şəhərində iki, Texas ştatının İrvinq şəhərində bir tornado baş verib. Fırtınalar yağışa səbəb olduğu üçün avtomobillər aşıb, binaların damları uçub.

Texasda 178 mindən çox, Luizianada 23 minə yaxın, Missisipidə 18 min, Alabamada 88 minə yaxın, Oklahomada 16 min və Tennessidə 23 mindən çox ev elektriksiz qalıb.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin