Sabah Bakının bu qəsəbəsi işıqsız qalacaq

13:19 - 5 Mart 2025

Sabah Bakının bu qəsəbəsi işıqsız qalacaq

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Bu barədə Manset.az “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, qurumun Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 5, 6, 7, 10 və 11 mart tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin