İdmançılarımız Avropa Kubokunda iştirak edəcək

13:14 - 5 Mart 2025

İdmançılarımız Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın yeniyetmə cüdoçuları Antalyada təşkil olunacaq Avropa Kubokunda iştirak edəcəklər.

 

Manset.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz yarışda 16 çəki dərəcəsində 25 oğlan və 28 qız cüdoçu ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku martın 8-9-da keçiriləcək.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin