Təlim zamanı itən qırıcı təyyarənin qalıqları tapıldı

12:12 - 5 Mart 2025

Təlim zamanı itən qırıcı təyyarənin qalıqları tapıldı

Təlim zamanı itən Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 tipli döyüş təyyarəsinin qalıqları tapılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarının göyərtəsində olan iki pilotun həyatını itirdiyi bildirilib.

Rəsmilər bildiriblər ki, FA-50 qırıcı təyyarəsi Bukidnon əyalətinin cənubundakı hədəf bölgəsinə çatmazdan əvvəl hava qüvvələrinin başqa bir təyyarəsi ilə əlaqəni kəsib. Digər təyyarənin isə Sebu əyalətinin mərkəzindəki hava bazasına sağ-salamat geri döndüyü bildirilir.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin