Dubayda BRİKS İnvestisiya Forumu keçiriləcək

11:02 - 5 Mart 2025

Dubayda BRİKS İnvestisiya Forumu keçiriləcək

Martın 7-8-də Rusiya, Asiya və Afrikadan olan biznes nümayəndələri arasında daimi dialoqa başlamaq məqsədi ilə Dubayda BRİKS İnvestisiya Forumu keçiriləcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, forumda qlobal transformasiya şəraitində BRİKS ölkələri ilə digər ölkələr arasında biznesin inkişafı məsələləri müzakirə olunacaq.

Bildirilib ki, forumda nazirlər, millət vəkilləri, diplomatik nümayəndəliklə, şirkət sahibləri və menecerlər iştirak edəcək və əməkdaşlıq imkanları müzakirə olunacaq. Forumun əsas mövzuları “BRİKS ölkələrinin iş adamlarına xidmət göstərilməsi üçün uyğun investisiya mühitinin yaradılması”, “Yeni beynəlxalq investisiya və maliyyə infrastrukturunun yaradılması”, “KOS-lar arasında əlaqələrin qurulması” və “Qadınların iqtisadiyyatda iştirakı” kimi müəyyən edilib.

Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin