"Neftçi" bu gün "Kəpəz"lə üz-üzə gələcək

09:50 - 5 Mart 2025

"Neftçi" futbol üzrə Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək.

 

Manset.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXV turda "Kəpəz"lə üz-üzə gələcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 17:00-da start götürəcək. Paytaxt təmsilçisi 27 xalla 6-cı, bölgə klubu 19 xalla 9-cu pillədə qərarlaşıb.

Misli Premyer Liqası
III dövrə, XXV tur

4 mart

5 mart

17:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. "Sabah" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin