"Zelenski danışıqlar masasına oturmağa hazırdır" - Tramp

08:58 - 5 Mart 2025

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna münaqişəsinin tezliklə həlli üçün danışıqlara hazır olduğunu bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə Amerika prezidenti Konqresdəki çıxışı zamanı bildirib.

Trampın sözlərinə görə, sənəddə Kiyevin nadir torpaq metalları ilə bağlı sövdələşməyə razılığı da daxildir.

“Mən bu gün Ukrayna prezidenti Zelenskidən mühüm məktub aldım. Məktubda bildirilir ki, Ukrayna uzunmüddətli sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin