Ağdam sakinlərinə XOŞ XƏBƏR

08:45 - 5 Mart 2025

Ağdam sakinlərinə XOŞ  XƏBƏR

Bu ay ərzində Ağdamın kəndlərinə ilk köç olacaq.

 

Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə əhalinin köçürülməsi nəzərdə tutulur.

Ağdamın 2-ci yaşayış məhəlləsində də tikinti prosesi davam edir. Burada da 1268 mənzilin tikintisi nəzərdə tutulur. Xidmətin mətbuat katibi Ağdama bu ilin sonuna qədər köçürələcək əhalinin sayını da açıqlayıb.

Füzuli 2-ci və 3-cü yaşayış məhəllələrində də layihələndirmə işləri gedir. Rayonun Dövlətyarlı kəndində tikinti işlərinə başlanılıb və kənd "Ağıllı kənd" olaraq layihələndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin